İsrailin baş naziri Ehud Olmert kabinet üzvlərini ABŞ-ın İranın nüvə proqramını dayandırdığı deyilən kəşfiyyat hesabatına dair şəxsi fikirlərini söyləməkdən çəkinməyə çağırıb. Baş nazir bunu İsrailin ictimai təhlükəsizlik naziri Avi Diçterin dünənki tənqidi çıxışından sonra deyib. Diçter hesabatı Amerikanın İranın nüvə silahlarına dair “yanlış fikir” adlandıraraq, bunun regionu müharibəyə sürükləyəcəyini demişdi. İctimai təhlükəsizlik naziri İsrailin ABŞ-ın kəşfiyyat agentliklərinin İrana dair fikirlərinin dəyişməsi üzərində işləyəcəyini bildirmişdi.