Accessibility links

Cənubi və Şimali Koreya arasında 3 günlük danışıqlar nəticəsiz sona çatıb


Şimali və Cənubi Koreyanın hərbi rəsmiləri arasındakı yüksək səviyyəli danışıqlar bu gün başa çatıb. Ancaq danışıqlar zamanı ziddiyyətli dəniz sərhədləri boyunca birgə balıqçılıq sahəsinin yaradılmasına dair heç bir razılaşma əldə olunmalıb. İki tərəf sərhəd Panmunyom kəndində 3 gün gərgin danışıqlar aparıblar. Cənubi Koreya 1963-cü ildə Koreya müharibəsinin sonunda BMT-nin birtərəfli şəkildə cızdığı hazırkı sərhədlərini dəyişəcək balıqçılıq sahəsi yaradılmasını istəyir. Dünən Şimali Koreyanın zona ilə bağlı rəsmi Pxenyanın detallı xəritəsini təklif etməsindən sonra danışıqlar ziddiyyətli məcraya yönəlmişdi. Şimalın təklifini rədd edən Cənubi Koreyalı həmkarlar məlumatın həssas olduğunu bildiriblər və bundan sonra zabitlər arasında çəkişmə baş verib.

XS
SM
MD
LG