Əlcəzair rəsmilərinin məlumatına görə, paytaxtda baş verən iki maşındakı bomba partlayışları nəticəsində ən azı 60 nəfər ölmüş və çox sayda adam yaralanmışdır. Bombalar BMT Qaçqınlara Yardım Agetnliyi və Əlcəzair Konstitusiya Məhkəməsi binası yaxınlığında bir-birindən bir neçə dəqiqə aralı partlamışdır. BMT rəsmiləri hücumda 10 agentlik işçisinin həlak olduğunu xəbərə verirlər.
Əlcəzairin daxili işlər naziri partlayışların intiharçılar tərəfindən həyata keçirildiyini söyləyib. Rəsmilər deyirlər ki, Konstitutusiya Məhkəməsi yaxınlığındakı partlayış məktəb avtobusunu sıradan çıxarmış və nəticədə çoxlu sayda tələbə ölmüş və yaralanmışdır.
Fransa prezidenti Nikola Sarkozı və başqa Avropa liderləri bu hücumları pisləmişlər. Hücumlar üçün məsuliyyəti heç kim öz üzərinə götürməyib.