Kosovo albanlarının liderləri Serbiydan ayrılmaq məsələsinin müzakirəsi məqsədi ilə təcili danışıqlara başlamaq niyyətindədir. Belə ki, onlar may ayından əvvəl Kosovonun müstəqilliyinin elan ediləcəyini deyirlər. Vilayətin müzakirəçi heyətinin sözçüsü Skender Hüseyni bu gün bildirib ki, Kosovo xalqı gələcəyinə dair aydınlıq tələb edir. Sözçü Kosovounun 8 il davam edən dövlətçilik tələblərinin qarşılanmasını müddətsiz gözləyə bilməyəcəyini bildirib. Paytaxt Priştinada universitet tələbələri dövlətçilik tələbi ilə yürüş təşkil edib. Brüsseldə görüş keçiriən Avropa İttifaqının nazirləri isə Kosovonun müstəqilliyinə dair ortaq mövqe əldə etməyə yaxınlaşırlar.