İraq polisi bildirir ki, ölkənin şimalındakı Baici şəhərində intiharçının bomba yüklü maşını partlatması nəticəsində azı 7 nəfər həlak olub, 13 nəfər yaralanıb və bir neçə ev dağılıb. Bağdadın təxminən 250 kilometrliyində yerləş'n Baici ölkənin neft emalı və xam neftin əsas ixracat mərkəzidir.
Eyni zamanda, raket. ya da bomba hücumu olduğu ehtimal edilən hücum nəticəsində radikal şiə ruhani Moqtəda Əl Sədrin başçılıq etdiyi hərəkatın yerli liderinin həlak olduğu bildirilir. İraq rəsmiləri Udey Həmid ailə üzvlərilə birlikdə Bağdadın cənubundakı Numaniyə şəhərindəki evində həlak olduğunu deyiblər.
Bu arada, Birləşmiş Ştatların hərbi qüvvələri koalisiya qüvvələrinin mərkəz və şimal bölgələrində İraqda Əl Qaida terror şəbəkəsinə qarşı həyata keçirilən reydlər nəticəsində 12 yaraqlını öldürdüyünü və terrorçuluqda şübhəli bilinən 13 nəfəri həbs etdiyini bildiriblər.