Accessibility links

Yuliya Timoşenkonun baş nazir vəzifəsinə nominasiyası təsdiq edildi


Ukrayna prezidenti Viktor Yuşenko Narıncı İnqilab müttəfiqi Yuliya Timoşenkonun baş nazir vəzifəsinə nominasiyasını təsdiq edib. Bu gün prezident təklifi parlamentə təqdim edib. İndi 450 yerli parlament Yuliya Timoşenkonun namizdəliyini təsdiq etməlidir.

Keçən həftə prezidentlə xanım Timoşenko 2004-cü ildə təsis etdikləri alyanslarının yenidən təşkili barədə razılıq əldə ediblər. Razılığa əsasən Yuşenko prezident seçkilərində qələbə əldə etdiyi təqdirdə, Yuliya Timoşenko baş nazir kimi xidmət göstərməli idi. Lakin prezident onu çox çəkmədən bu vəzifədən kənarlaşdırmışdı.

XS
SM
MD
LG