Accessibility links

Almaniya axtarışda olan kürd yaraqlılarını Türkiyəyə təhvil verdi


Türkiyənin Ədliyyə Nazirliyi Almaniyanın 15 ildən çox mülki vətəndaşlara və polisə qarşı ölümlə nəticələnən hücumlara görə axtarışda olan kürd yaraqlılarını Türkiyəyə təhvil verdiyini bildirir. Ədliyyə Nazirliyinin bəyanatında bildirilir ki olanlardan biri sentyabr ayının axırlarında, digəri isə keçən həftə təhvil verilib. Bəyanatda Məhmət İltas və Əşrəf Kızılay adlı həmin şəxslərin PKK təşkilatının üzvü olduğu və 1991-ci ildə 8 nəfər mülki vətəndaşın və bir polis işçisinin ölümü ilə nəticələnən 2 hücumda günahlandırıldığı bildirilir.

Onların Almaniya tərəfindən 1990-cı ildə nəzarət altına alınmasına baxmayaraq, Türkiyədə o zaman ölüm cəzası qüvvədə olduğuna görə, Berlin onları Türkiyəyə təhvil verməmişdi.

XS
SM
MD
LG