Accessibility links

Fransa prezidenti iğtişaşların qarşısının alınacağını deyib


Riot police face young residents of Villiers-le-Bel, while a garbage truck burns in the background, during clashes late Monday, 26 Nov 2007" hspace=2 src="/azerbaijani/images/ap_France_riots_27nov07_eng_195.jpg" width=210 align=left vspace=2 border=0>Fransa prezidenti Nikola Sarkozi Parisin civarında iki gecə davam edən zorakılıqlardan sonra iğtişaşların qarşısının alınacağına vəd verərək deyib ki, bu növ əməllər qəbuledilməzdir. Prezident Sarkozi bu bəyanatı zorakılıqlar nəticəsində Paris yaxınlığındakı xəstəxanada yaralı polis işçilərinə baş çəkdikdən sonra verib. Cənab Sarkozi bazar gecəsi polis maşınının qəzası nəticəsində həlak olan iki yeniyetmənin valideynləril ilə də görüşüb.

İki gecə davam edən zorakılıqlar zamanı 120- dən çox polis yaralanıb. İğtişaşlar Tuluz şəhərinə də yayılıb. Polis deyir ki, bu şəhərdə yol verilən zorakılıqlar nəticəsində 10 maşın və kitabxana binası yandırılıb.

Bu nümayişlər 2005-ci ildə Fransada gənclərin işsizliyə, pis şəraitdə yaşamalarına qarşı etiraz dalğasını xatirladır.

XS
SM
MD
LG