Accessibility links

Rusiyanın xarici işlər naziri Sergey Lavrov  Amerikanı bir daha tənqid edib  


Rusiyanın xarici işlər naziri Sergey Lavrov Amerikanın Avropada raketlərdən müdafiə sistemi yerləşdirilməsi planını bir daha tənqid edib. Vesti-24 tele-kanalına müsahibəsi zamanı nazir keçən həftə Moskvaya edilən təklifləri iki ölkə arasında anlaşma sahəsində geriləməyə sübut adlandırıb. ABŞ dövlət katibi Kondoliza Raysla görüşündən sonra nazir Lavrov demişdi ki, Amerika yalnız öz planını həyata keçirməyə çalışır və Moskva ilə əməkdaşlığa deyil, onun yardımına üstünlük verir. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskavanın təklifləri nəzərdən keçirəcəyini və Vaşinqton ilə anlaşma əldə edilməsinə çalışacağını deyib.

XS
SM
MD
LG