Accessibility links

Şimali və Cənubi Koreyanın müdafiə nazirləri danışıqlara başlayıb


Şimali və Cənubi Koreyanın müdafiə nazirləri Şimalın paytaxtında nadir danışıq raundlarından birini keçirirlər. Pxenyana çatandan sonra, Cənubi Koreyanın müdafiə naziri Kim Yanq Su görüşün Koreya yarımadasında gərginliyin azalmasına və sülhə gətirib çıxmasına kömək edəcəyinə ümid bəslədiyini deyib. O, Şimali Koreyalı həmkarı Kim İl Çol ilə 3 günlük danışıqlar aparacaq. Nazirlər iqtisadi əməkdaşlıqla yanaşı, Qərb dənizində birgə balıqçılıq zonasının yaradılması kimi başqa məsələləri də müzakirə edəcəklər. Koreya nazirlərinin son görüşü 2000-ci ildə keçirilmişdi. O görüş son 50 ildə baş tutan ilk toplantı olmuşdu.
XS
SM
MD
LG