Accessibility links

Mixail Saakaşvilinin yenidən prezident seçilməsi üçün nominasiyası irəli sürülüb


Gürcüstanın hakim Milli Birlik Hərəkatı partiyası bu gün prezident Mixail Saakaşvilinin yenidən prezident seçilməsi üçün nominasiyasını irəli sürüb. Dünən parlament baş nazir vəfizəsinə Lado Qurgenidzeni təsdiq edib. Prezident Saakaşvili Tbilisə 6 gün davam edən kütləvi etiraz aksiyalarından sonra prezident seçkilərinin yanvar ayının 5-ə təyin edib. Gürcüstan müxalifəti prezidenti korrupsiyda ittiham edərək, vəzifəsindən istefa verməyə çağırıb. Gürcüstan lideri nümayişçilərin polislə toqquşmasından sonra ölkədə elan etdiyi fövqəladə vəziyyəti bir həftədən sonra ləğv etmişdi.

XS
SM
MD
LG