İraqda Əl-Qaidə yaraqlıları olmaqda şübhələnilənlər tərəfindən Bağdadın cənubundakı yerli polis məntəqəsinə qarşı hücum nəticəsində azı 10 sünni polis işçisi qətlə yetirilmişdir. Rəsmilərin dediyinə görə, hadisə yaraqlıların bu gün Hor Ricab məntəqəsində iki əsgəri qətlə yetirdikdən və onların hərbi maşınını ələ keçirdikdən sonra baş vermişdir. Digər bir xəbərdə isə deyilir ki, Baquba şəhərində İraq təhlükəsizlik qüvvələri tərəfindən 19 Əl-Qaidə döyüşçüsü öldürülüb.
Bunlarla yanaşı, Nyu York Tayms qəzetinin Birləşmiş Ştatlar hərbi rəsmilərinə istinadən yazdığına görə, İraqa yaraqlılar əsasən Səudiyyə Ərəbistanından və Liviyadan gəlir.