İran Birləşmiş Ştatlarla İraqda təhlükəsizliklə bağlı vəziyyətin yaxşılaşdırılması barədə danışıqların yeni raundu haqda razılığa gəlib. İranın xarici işlər naziri Mənuçehr Möttəki bildirib ki, ABŞ hökuməti müzakirələrin keçirilməsi haqda müraciəti İsveçrənin Tehrandakı səfirliyi vasitəsilə edib.
ABŞ-ın İraqdakı səfiri Rayan Kroker və onun iranlı həmkarı Həsən Kazimi Qumi bu il İraqda təhlükəsizliklə bağlı vəziyyəti müzakirə etmək üçün artıq iki dəfə Bağdadda görüşüblər. İki ölkə arasında 27 il diplomatik münasibətlərin dondurulmasına son qoyan bu görüş zamanı bir o qədər inkişaf müşahidə olunmamışdı. Tərəflər İraqda zorakılıqlara görə bir-birini günahlandırmışlar.