" hspace=2 src="/azerbaijani/images/AFP_Iraqi_policemen_inspect_the_wreckage_14_Aug07.jpg" width=210 align=left vspace=2 border=0>İraqın təhlükəsizlik rəsmilərinin bildirdiyinə görə, Kərkük şəhərində kürd polis zabitini hədəf alan intiharçı hücumu nəticəsində 6 nəfər həlak olub. Hadisə 20 nəfərin yaralanmasına səbəb olub. Rəsmilərin dediyinə görə, polis zabiti xəsarət almadan xilas olub.
ABŞ ordusunun bildirdiyinə görə, hərbi təyyarələrin müşayiəti ilə Amerika qüvvələri Bağdad yaxınlığındakı Tarmiya bölgəsində Əl Qaidə yaraqlıları olduğundan şübhələnilən 25 adam öldürülüb. Ordunun bəyataında deyilir ki, əməliyyat nəticəsində 21 adam nəzarət altına alınıb.