Accessibility links

Şimali və Cənubi Koreyaların baş nazirləri görüş keçirir


Şimali və Cənubi Koreyaların baş nazirləri son 15 ildə ilk dəfə olaraq görüş keçirib. Seula üç günlük səfər çərçivəsində Şimali Koreyanın baş naziri Kim Yonq İl cənublu həmkarı Han Duk Su ilə parçalanmış Koreya yarımadasında sülhün bərpası və iqtisadi əməkdaşlıq məsələlərini müzkirə edir. Qeyd edək ki, baş nazirlərin son dəfə 1992-ci ildə keçirdikləri danışıqlar Şimalın nüvə fəlaliyyətlərinə görə dayandırılmışdı.

Tərəflər oktyabr sammiti zamanı Cənub və Şimal prezidentlərinin imzaladığı razılığın həyata tətbiqi məqsədi ilə də danışıqlar keçirir. Razılıq sülhün bərqərar edilməsi və iqtisadi əməkdaşlığın genişləndirilməsinə çağırır.

Müzakirələr Şimali Koreya əleyhinə olan onlarla insanın etiraz aksiyası ilə müşayiət edilib. Nümayişçilər Şimali Koreyanın bayrağını yandırıblar.

XS
SM
MD
LG