Accessibility links

Pakistan prezidenti seçkilərin vaxtını açıqladı


Pakistan prezidenti Pərviz Müşərrəfin sözlərinə görə, parlament seçkiləri yanvarın 9-a kimi keçiriləcək. Ancaq o, fövqəladə vəziyyətin ləğv olunması barədə dəqiq vaxt söyləməyib. Prezident mülki prezident kimi and içəcəyinə və hərbi formanı çıxaracağına söz verib. Ancaq o, məhkəmə onun yeni prezidentliyini təsdiqləməyincə bu hərəkəti edə bilməyəcəyini dilə gətirib. General Müşərrəf Ali Məhkəmə sədri İftixar Çaudrini korrupsiya ittihamları ilə vəzifəsindən azad etmişdi. Yeni formalaşan məhkəmənin hakimləri müvəqqəti konstitusiyaya əsasən and içəcəklər. Onların general Müşərrəfə sadiq qalacaqları hesab olunur. Bu arada ölkənin sabiq baş naziri Benazir Bhutto Lahor şəhərinə gedib. Gələn həftənin çərşəmbə axşamı onun Lahordan İslamabadadək olacaq yürüşə başçılıq etməsi gözlənilir. Xanım Bhutto jurnalistlərə açıqlamasında general Müşərrəfin seçkilərin vaxtıtın açıqlamasını ilk müsbət addım kimi qiymətləndirib.
XS
SM
MD
LG