Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı bildirib ki, Azərbaycanın tanınmış jurnalistini həbsdə saxlaması rəsmilərin jurnalistikanın kriminallaşdırılması və tənqidi səsləri susdurmağa yönəlmiş repressiv qanunlardan istifadə etdiyinə nümunədir.
ATƏT-in sözçüsü Eynulla Fətullayevin 8 il yarım həbs cəzasına məhkum edilməsini hökumətin jurnalistləri susdurmaq kampaniyasının kulminasiyası olduğunu bəyan edib. Eynulla Fətullayev terrorizm təhlükəsi yaratmaq və milli zəmində nifrət yaratmaq ittihamları ilə dünən məhkum olmuşdur.