Accessibility links

Sinqapurun xarici işlər naziri Birma məsələsilə bağlı Çinə və Yaponiyaya səfər edib


Sinqapurun xarici işlər naziri Corc Yeo Birmadakı siyasi narahatlıqla bağlı Çində və Yaponiyada məsləhətlər verib. O, şənbə günü Tokioda yapon həmkarı Masahiko Komura, cümə günü isə Pekində çinli həmkarı Yanq Yieçi ilə görüşüb. Cənab Yeo deyib ki, Yaponiya Cənub-qərbi Asiya Dövlətləri Assosiasiyasının Birmadakı siyasi qərarların diplomatik kanallarla davam etdirilməsi yanaşmasına dəstəyini bildirir. Sinqapur bunun rejim dəyişikliyinə yox, hərbi hökumətin idarə etdiyi Birmada siyasi dəyişikliyə və stabilliyə rəvac verdiyini demişdi. Çinin dövlət mətbuatının verdiyi xəbərdə bildirilir ki, ölkənin xarici işlər naziri cənab Yeoya rəsmi Pekinin BMT xüsusi nümayəndəsi İbrahim Qəmbərinin Birma missiyasına kömək olmaq üçün Cənub-qərbi Asiya dövlətləri Assosiasiyası ilə yaxın əməkdaşlıq edəcəyini bildirib. Yeonun Çin və Yaponiyaya səfərləri Assosiasiyanın gələn ay Sinqapurda keçiriləcək konfransına hazırlıq məqsədi güdür.
XS
SM
MD
LG