Accessibility links

Dünyanın ən böyük sərnişin təyyarəsi ilk uçuşunu edib


Dünyanın ən böyük sənişin təyyarəsi A-380 aerobusu tarixi uçuşla Sinqapurdan havaya qalxıb. Sinqapur hava yollarına məxsus olan bu təyyarə lüks otaqlar, yataqlar, bar və sakitliyə malikdir. 7 saat 30 dəqiqə Sinqapurdan Sidneyə uçan təyyarə 445 sərnişin daşıyıb. Təyyarə biletlərinin qiyməti 10 minlərlə dollara başa gəlib. Ekipaja 4-ü pilot olmaqla, 30 nəfərdən ibarət uçuş heyəti daxildir. 35 ölkədən olan sərnişinlərin 28 faizini avstraliyalılar təşkil edib. 7 mərtəbəli bina ucalığında olan təyyarənin ən yaşlı sərnişini 91 yaşlı kişi, ən cavanı isə 10 aylıq uşaq olub.

XS
SM
MD
LG