Accessibility links

İranın insan hüquqları qrupunun rəhbəri həbs edilib


İran rəsmiləri ölkənin insan haqları qrupunun rəhbəri İmadəddin Bağini həbs edib. Milli təhlükəsizliyi pozmaqda ittiham olunan Bağinin vəkili də fəalın həbsini təsdiqləyib. Onun sözlərinə görə, məhbus haqları qrupunun lideri milli təhlükəsizliyi pozmaqla yanaşı, məxfi sənədlərin nəşrində də ittiham olunur. Bağının ittihamlarının əsasında məhbuslardan alınan məlumatlar və daha sonra qrupun keçirdiyi seminarda bu məlumatların müzakirəsi durur. 2003-cü ildə o, eyni səbəblə 3 il müddətinə azadlıqdan məhrum edilmişdi. Baği həbsinin 2 ilini məhbəsdə keçirmiş, bir ili isə təxirə salınmışdı.
XS
SM
MD
LG