Belarus müxalifəti prezident Aleksandr Lukaşenkonun avtoritar hakimiyyətinə qarşı etiraz nümayişi keçirir. Muxalifətin 97 Xartiya qrupunun İnternet səhifəsində bildirilir ki, yeddi mindən 10 minə qədər nümayişçi bu gün paytaxt Minskin mərkəzində Avropa marşı adlanan yürüşdə iştirak edib. Yol boyu güclü polis kordonun yaradıldığı xəbər verilir. Rusiyanın İnterfaks agentliyi bildirir ki, müxalifət cərgəsindən prezidentliyə namizəd olmuş Aleksandr Minkeviç də aksiyaya qoşulub. Müxalifət nümayəndələri Röyters xəbər agntliyinə bildiriblər ki, polis nümayiş zamanı demorkatiya tərəfdarı bir neçə fəalı saxlayıb. İki fəal ictiami yerlərdə kobud surətdə davranmaq ittihamları ilə 5 və 7 il həbs cəzası alıblar. Müxalifət liderləri və qərbin demokratika ölkələri dəfələrlə Lukaşenko hökumətini opponentləri təqib etmək və mətbuataı susdurmaqda ittiham etmişlər.