Accessibility links

Iraqın Kürdüstan Demokrat Partiyasının ofisinə bomba hücumu həyata keçirilib


" hspace=2 src="/azerbaijani/images/AFP_Iraqi_woman_peeps_inside_a_blood_stained_car_of_two_women_allegedly_shot_dead_by_private_security_guards_09Oct07_01.jpg" width=210 align=left vspace=2 border=0>İraq rəsmiləri bildirir ki, bu gün Mosul şəhəri yaxınlığında Kürdüstan Demokrat Partiyasının ofisinə edilən bomba hücumu nəticəsində partiya rəsmisi ölüb, azı 5 nəfər yaralanıb. Tikrit şəhərində maşına yerləşdirilmiş bomba partlayışı nəticəsində bir polis işçisi daxil edilməklə, azı 4 nəfər ölüb.

İraq rəsmiləri eləcə də, dünən Bağdadın Karrada bölgəsində xarici təhlükəsizlik qüvvələri tərəfindən iki qadının qətlə yetirilməsini qınamışlar. Avstraliyaya məxsus şirkətin mühafiziçiləri qadının maşını onların konvoyuna yaxınlaşdığı zaman ona atəş açıblar. İraq polisi və şahidlər qadın taksi sürücüsünü və qadın sərnişini qətlə yetirdikdən və maşında olan iki nəfəri yaraladıqdan sonra hərbiçilərin həmin yerdən qaçdıqlarını deyirlər.

Qərargahı Dubayda yerləşən təhlükəsizlik şirkəti hadisəyə görə dərin təəssüf hissi keçirdiyini demiş və keşikçilərin sürətlə gedən maşının dayandırılması üçün bir neçə dəfə xəbərdarlıq etdikdən sonra atəş açdıqlarını bildirmişdir.

XS
SM
MD
LG