Afrika Birliyinin bildirdiyinə görə, Darfurda silahlı şəxslər birliyin sülhümühafizə qüvvələrinin bazasına hücum edərək, 10 əsgəri öldürüblər. Afrika Birliyinin açıqladığı bəyanatda deyilir ki, Sudanın Darfur regionunun cənubunda yerləşən Haskanita bazasına şənbə günü hücumdan sonra 50 nəfər itkin düşüb. Birliyin nümayəndəsi Nurəddin Mezininin bildirdiyinə görə, bu, 2004-cü ildən Darfurda yerləşdirilmiş Afrika Birliyi sülhümühafizə qüvvələrinin ən böyük itkisidir. Hücumun məsuliyyətini öz üzərinə götürən olmayğb. Lakin ABŞ hərbi qüvvələri hücuma görə Darfur üsyançılarını günahlandırırlar.