Accessibility links

Xodorkovski 3 ay da Uzaq Şərqdəki məhbəsdə saxlanılacaq


Rusiyanın Sibir bölgəsindəki Çita şəhərinin məhkəməsi sabiq neft maqnatı Mixail Xodorkovskinin Çinlə sərhəddəki məhbəsdə əlavə 3 ay qalmasını əmr edib. Xodorkovskinin vəkilləri artıq bir müddətdir onun Moskvaya köçürülməsinə çalışırlar. Çita məhkəməsi qərarın verilməsində Xodorkovskinin yeni oğruluq və pul yuyulması ittihamlarına maneçilik törədə biləcəyini əsas gətirib. Bu ayın əvvəlində Moskva məhkəməsi Xodorkovskinin məsələsi ilə bağlı Çitada istintaq aparılmasını qeyri-qanuni elan etmişdi. Belə ki, əvvəlki məhkəmə qərarlarında Xodorkovskinin Moskvaya köçürülməsi nəzərdə tutulur.

XS
SM
MD
LG