Accessibility links

General Motors həmkarlar ittifaqı ilə razılığa yaxındır


General Motors və Birləşmiş Avtomobil Fəhlələri İttifaqı bir neçə gün ərzində pensionerlərin tibbi xidmətlərini əhatə edəcək yeni kontraktın tamamlanmasına yaxındırlar. Mənbələrin dediyinə görə plan ABŞ-ın iri avtosənayesi üçün tibbi-xidmət xərclərinin azalmasına gətirib çıxara bilər. General Motorsun və həmkarlar ittifaqının nümayəndələri dünən uzun müddət davam edən sövdələşmədən sonra bu gün danışıqları davam etdirirlər. Tərəflər artıq 8 həftədir ki, danışıqlar aparırılar. Deyilənə görə razılıq əldə olunsa şirkət tibbi xidmətlərin idarəçiliyini həmkarlar ittifaqına həvalə edəcək. Hazırda tibbi xidmət göstərmək General Motorsa 50 milyard dollara başa gəlir. Hər hansı bir razılıq ittifaqın 73 min üzvünün çoxluğu tərəfindən ratifikasiya olunmalıdır.
XS
SM
MD
LG