Accessibility links

Livan liderləri seçkilərin baş tutacağına söz veriblər


Livan liderləri Suriya əleyhdarı qanunvericinin qətlinə baxmayaraq, gələn həftəyə təyin edilmiş seçkilərin baş tutacağına söz veriblər. Baş nazir Fuad Siniora deyib ki, Antuan Ğanemin qətli səsvermədən öncə qanunvericiləri susdurmaq məqsədilə həyata keçirilib. O, BMT-ni bu qətl hadisəsini Livanda Suriya əlehdarı siyasətçilərin qətlilə əlaqədar təhqiqata daxil etməyə çağırıb.

Ğanem Suriya tərəfdarı qruplarla hakimiyyət uğrunda mübarizə aparan hökumət tərəfdarı koalisiyanın üzvü idi. Prezident Buş Ğanem və 6 insanın həlak olduğu bomba hücumunu qınayıb.

XS
SM
MD
LG