Accessibility links

Daha bir Iran mənşəli amerikalı azad edildi


İRNA Xəbər Agentliyinin bildirdiyinə görə, may ayından bəri İranın Evin həbsxanasında saxlanılan, İran mənşəli amerikalı alim Kiyan Tacbəxş 110 000 dollar zəmanət ödədikdən sonra dünən axşam azad edilmişdir. Hal-hazırda onun həyat yoldaşı ilə birlikdə Tehtandakı evində olduğu bildirilir. Xatırladaq ki, Birləşmiş Ştatlardakı Soros Fondu Araşdırmalar Mərkəzinin məsləhətçi Kiyan Tacbəxş keçən həftədən bəri İran həbsxanasından azad edilən üçüncü iranlı-amerikalıdır.

Səkkiz aydan bəri İranı tərk etməsinə imkan verilməyən iranlı- amerikalı journalist Pərnaz Əzima 550 000 dollar zəmanət ödədikdən sonra, çərşənbə axşamı İranı tərk etmişdir.

İran mənşəli amerikalı alim Halə İsfəndiyari isə üç ay həbsxanada saxlanıldıqdan sonra bu ayın əvvəli azad edildi.

XS
SM
MD
LG