Ağ Ev bildirir ki, prezident Buş bu gün axşam yerli telekanallarla İraqda ABŞ hərbçilərinin sayının azaldılması barədə bəyanat verəcək. O, 30 000 hərbiçini geri çağırmaq fikrindədir. Demokratlar isə bu planın böyük inkişaflara gətirib çıxarmayacağını deyirlər. Gözlənilənlərə görə, prezindent Buş regiondakı şərait buna imkan verərsə, İraqdakı ABŞ qoşunlarının 2008-ci ilin iyulunda bu ölkədən çıxarmaq barədə ABŞ-ın İraqdakı komandiri general Devid Petreusun tövsiyəsini qəbul edəcək.
Demokratlar dörd illik müharibəyə son qoymaq məqsədi daşıyan hərbi xərclər barədə qanun layihəsinə düzəlişləri müzakirə edirlər. Bu düzəlişlərin biri ABŞ hərbi qüvvələrinin anti-terror və İraqda təhlükəsizlik qüvvələrinə təlim vermək missiyasını məhdudlaşdırır.