Accessibility links

Feliks qasırğası Nikaraquaya zərbə endirib


Birləşmiş Ştatların Milli Hava xidməti saatda 260 kilometr sürəti olan küləklərlə müşayət olan Felisk qasırğasının Nikaraquaya zərbə endirdiyini bildirirlər. Mütəxəssislər Feliksin potensial olaraq fəlakətli qasırğalar səviyyəsinə çatdığı haqda əvvəlcədən xəbərdarlıq etmişdilər. Sinoptiklər qasırğanın Nikaraqua və Honduras ərazilərində 24 santimetr səviyyəsinə çatacaq yağışlar gətirəcəyini proqnozlaşdırırlar. Bu isə güclü sellər və torpaq sürüşmələrilə nəticələnə bilər.
Feliks Atlantik okeanı hövzəsində ən güclü qasırğa kimi qeydə alınan 2005-ci ildə Vilma il müqayisə edilir.
XS
SM
MD
LG