Accessibility links

Nəvaz Şərif Pakistana qayıdır


Sürgündə olan baş nazir Nəvaz Şərif deyir ki, o, prezident Pərviz Müşərrəfin yenidən seçilməsinə mane olmaq üçün sentyabrın 10-da Pakistana qayıdacaq.

Cənab Şərif planını bu gün Londonda keçirdiyi mətbuat konfransında açıqlayıb. Keçmiş baş nazir general Müşərrəf tərəfindən 1999-cu ildə devrilərək, bir sıra cinayətlərdə ittiham olunmuş və Səudiyyə Ərəbistanına sürgünə məcbur edilmişdi.

Ötən həftə Ali Məhkəmə cənab Şərifin qayıtmasına sanksiya verib. Lakin Pakistan hökuməti bildirir ki, cənab Şərif 2000-ci ildə həbsxananı tərk etmək üçün 10 il ölkəyə qayıtmayacağı haqda iltizam verib.

Bu gün general Müşərrəfin sözçüsü Rəşid Qüreyşi bildirib ki, prezident ordu rəhbərliyindən istefa verməklə bağlı hər hansı təzyiqi və ya ultimatumu rədd edib.

Bu bəyanat general Müşərrəfin hakimiyyət bölgüsü sövdələşməsi çərçivəsində ordu rəhbərliyindən vaz keçməsi barədə digər sürgündə olan baş nazir Bənazir Bhudtonun bəyanatından sonraya təsadüf edir.

XS
SM
MD
LG