Accessibility links

ABŞ-da təbii fəlakətlər davam edir


Güclü küləklər və leysan yağışlarının ardınca ABŞ-ın mərkəzində yaşayan yüz minlərlə adam bu gün elektriksiz qalıb. Minnesotadan Ohayo ştatınadək bir çox şəhər və qəsəbələrdə şiddətli yağışlar daşqınlara səbəb olub. Regionda yüzlərlə ev dağıdılmış və minlərlə evə ziyan dəymişdir. Cənubi Miçiqanda yüz mindən çox sakinin işığı kəsilib. Şimali İlinoyda 70 000 sakin də eyni problemlə üzləşib. Çikaqo şəhərinin şimalında küçələri basmış suda balıqlar üzür. Milli Hava Mərkəzinin proqnozlarına görə gələn həftədən vəziyyət yaxşılaşacaq və daşqın suları çəkilməyə başlayacaq.
XS
SM
MD
LG