Accessibility links

ABŞ Senatoru İraq hökumətinə mesaj göndərmək istəyir


Nüfuzlu ABŞ qanunvericisi və Prezident Buşun Respublikaçı partiyadaşı Dekabr ayınadək bəzi Amerika qüvvələrinin İraqdan çıxarılmasına çağırıb. Senator Con Uorner Cümə Axşamı bildirib ki, İraq hökumətini siyasi barışığa doğru itələməkdən ötrü Vaşinqton 5 min əsgəri həmin ölkədən çıxara bilər, və bununla İraq hökumətinə öhdəliyin sonsuz olmadığını göstərər. Senat Silahlı Qüvvələr Komitəsində xidmət edən Uorner deyir ki, prezident bu haqda açıqlamanı ABŞ qüvvələrinin İraqdakı proqresi haqda hesabatından sonra, Sentyabrın 15-də elan etməlidir. Uorner ABŞ qüvvələrinin İraqdan çıxarılmasına dair mandatlaşdırılmış vaxt cədvəlinin əleyhinə çıxır. O, bunun prezidentin müstəsna səlahiyyəti hesab edir.
XS
SM
MD
LG