" hspace=2 src="/azerbaijani/images/ap_bush_kansas_speech_22aug07_eng_195.jpg" width=210 align=left vspace=2 border=0>ABŞ prezidenti Corc Buş İraq müharibəsi ilə bağlı çıxışı zamanı Amerika xalqını təmkin nümayiş etdirməyə çağıraraq, Amerikanın İraq müharibəsində zəfər çalacağından əmin olduğunu bildirib. Prezident qüvvələrin İraqda nailiyyət əldə etdiiyni deyib. Corc Buş İraq müharibəsini Amerikanın Asiyadakı hərbi fəaliyyətləri ilə müqayisə edərək, islamçı ekstremistləri İkinci Dünya Müharibəsi dövründəki yapon yaraqlıları, Koreya və Vyetnamın kommunistlərinə bənzədib. Prezidentin nitqi Missuri ştatının Kanzas şəhərində xarici müharibələrin veteranları qarşısında səslənib.