Accessibility links

Livanda  Fələstin qaçqın düşərgəsinə qarşı əməliyyatlar davam edir


Livan hərbçiləri bildiriblər ki, Fələstin qaçqın düşərgəsində islamçı militantlarla baş verən toqquşmalar nəticəsində daha iki hökumət əsgəri həlak olub. Şahidlər isə bildiriblər ki, hökumət qüvvələri Nahr Əl Bared düşərgəsinə havadan hücuma bu gün də davam ediblər və vertolyotlarla düşərgəyə bombalar atıblar.

Livan ordusu ilə Əl Qaidanı himayə edən Fətah əl islam militant qrupu arasındakı toqquşmalar May ayının 20-ində başlamışdı. İndiyə qədər döyüşlərdə 140-ı Livan ordusunun əsgərləri olmaqla 200-dən çox adam həyatını itirib. ABŞ Dövlət Departamenti keçən həftə Fətah əl islamı terrorçu təşkilatların siyahısına daxil edib.

XS
SM
MD
LG