Accessibility links

ABŞ dövlət katibinin müavini Pakistanda ölkə rəsmiləri ilə görüşür


ABŞ dövlət katibinin müavini Riçard Bouçer terrorizmlə mübarizə və qonşu Əfqanıstanda vəziyyətin müzakirəsi məqsədi ilə Pakistandadır. İki günlük səfəri çərçivəsində ABŞ diplomatı paytaxt İslamabadda xarici işlər naziri Xurşid Kasuri ilə görüş keçirib. Cənubi Asiya üzrə müşavir Riçard Bouçer görüşləri zamanı ölkə rəsmilərini ABŞ-ın Pakistanı dəstəklədiyində bir daha əmin edib, Amerikanın Pakistanın terrorizmlə mübarizə səylərini yüksək qiymətləndirdiyini deyib. Müzakirələrin diqqət mərkəzində Pakistandakı mövcud siyasi durum da yer alır. Terrorizmlə mübarizədə ABŞ-la əməkdaşlığı saxlamağa çalışan prezident Pərviz Müşərrəf islamçı sərtxətt tərəfdarlarının təzyiqləri altındadır.

XS
SM
MD
LG