Accessibility links

Amerikada Elvis həftəsi keçirilir


Bu həftə Amerikada roknroll kralı Elvis Preslinin xatirəsinə musiqi həftəsi keçirilir. Dünyanın hər yerindən hər il 600 minə yaxın insan əsfanəvi musiqiçinin Tennessi ştatının Memfis şəhərindəki Qreysland malikanəsinə gəlir.

Indinin özündə də Elvis Preslinin pərəstişkarlarına 30 il bundan əvvəl avqustun 16-da rokn-roll kralının öldüyünə inanmaq çətindir.

1950-ci illərdə Elvis musiqini yeni tərzdə ifa etməyə başladı. Bu, kantri, ritm və blüzun qarışığından ibarət olan rokn-roll idi. Əvvəlcə, insanlar bu musiqi haqda heç bir fikrə malik deyildi. Lakin sonradan gənclər bu musiqinin fanatına çevrildilər. Elvis rokn-rolun kralı oldu.

İllər ərzində rok musiqisi dəyişikliyə uğradıqca Elvis Presli bu dəyişikliklərə tez uyğunlaşa bilirdi və hər il ən məşhur 40 mahnının siyahısında birinci yerdə azı biri onunku olurdu. Bununla belə, Elvis Presli yalnız üç Qremmi mükafatı almışdı. Hamısını da qospel, ilahiyyət nəğmələrinə görə. Gənclik illərində Elvis kilsədə ilahiyyat mahnıları oxuyurdu.

Elvis Presli Enterprayz şirkətinin keçirdiyi musiqi həftəsi cümə gününə qədər davam edəcək. Preslinin Memsfisdəki Qreysland malikənəsinin menecerləri üçün bu, həm böyük dəyişiklik, həm də 40 milyon dollarlıq biznesin əsas hadisəsidir. 1977-ci il avqustun 16-da müğəninin ölümündən sonra onlar Elvisi imitiasiya edən böyük pərəstişkarlar kütləsindən özlərini kənarlaşdırmağa çalışırdılar. Lakin indi hər şey dəyişib. Amerika və dünya ölkələrində Elvisi ən yaxşı imitatorları indi Memefisdə Qreslendədir.
Maraqlı odur ki, Qreyslendə gələnlərin yaşı 35-dən azdır və onların çoxu Elvis öləndə heç anadan olmamışdı. Sağ qalsaydı Elvis Preslinin 72 yaşı tamam olacaqdı, onun pərəstişkları ilə həmişə gəncdir.

XS
SM
MD
LG