Accessibility links

ABŞ prezidenti Corc Buş fransalı həmkarı Nikola Sarkozi ilə görüşüb


ABŞ prezidenti Corc Buş fransalı həmkarı Nikola Sarkozi ilə görüşdən sonra ölkələr arsında bəzi məsələrdə fikir ayrılığının mövcud olduğunu, lakin onların dostluq əlaqələrinə təsiri olmadığını bildirib. Prezident Buş Nikola Sarkozini dünən Meyn ştatındakı iqamətgahında qəbul etmişdi. Onlar qeyri-rəsmi şəraitdə müzakirələr keçirmiş, birlikdə nahar yeməyi yemişlər. Corc Buş İraq və İranın uran zənginləşdirilməsi kimi məsələri əhatə edən müzakirələrin səmimi şəraitdə aparıldığını bildirib. ABŞ prezidenti deyib ki, İraqla bağlı fikir ayrılıqları Livan və Darfur münaqişələri kimi dünya problemlərinin həllinə mane olamyacaq. Qeyd edək ki, Fransa prezidenti Buşların igamətgahına birinci xanım Lora Buşun dəvəti ilə gəlib. Fransa lideri birinci xanımdan bu dəvəti iki ay əvvəl Böyük Səkkizlərin Almaniyada təşkil edilən sammiti zamanı almışdı. Fransanın birinci xanımı Sisilia Sarkozi özünü yaxşı hiss etmədiyi və uşaqlarının xəstə olduğuna görə piknikdə iştirak etməmişdi. ABŞ-ın birinci xanımı Lora Buşla bərabər prezident Buş bu gün Ağ Evə dönüb. Sabah onlar istirahətlərinin qalan hissəsini keçirəcəkləri Texas ştatındakı rançolarına yola düşür.

XS
SM
MD
LG