Accessibility links

Somalidə iki məşhur jurnalist qətlə yetirilib


Bu gün səhər Mahad Əhməd Elmi naməlum hücumçular tərəfindən qətlə yetirilib. Onun qətlindən cəmi bir neçə saat sonra əməkdaşı Eliminin dəfn mərasimindən qayıdan Horn Afrik media şirkətinin rəhbəri Əli İman Şarmarke də yol kənarına qoyulmuş bomba partlayışı nəticəsində həlak olub. Şarmarkerin maşınında olan daha bir journalist yaralanıb.

Populyar gündəlik radio proqram aparıcısı olan Elmi paytaxt Moqadişuda baş verən zorakılıqları tənqid edirdi. O, Paytaxtın səsi radio stansiyasının meneceri idi.

Stansiyanın direktoru Elminin işə gedərkən öldürüldüyünü bildirib. Somalinin keçid dövrü hökuməti cümə günü digər radio stansiyanı müvəqqəti olaraq bağlayıb. İnternet xəbərlərdə kanalın polisin onun rəhbəri də daxil olmaqla 9 əməkdaşını həbs etməsindən sonra bağlandığı bildirilir.

XS
SM
MD
LG