Britaniya polisi bildirib ki, İngiltərənin şimalında vertolyot qəzasında iki nəfər ölüb, 10 nəfər yaralanıb.
Polis Kral hava qüvvələri vertolyotunda 3 uçuş heyəti üzvü və 9 ordu nümayəndəsinin olduğunu bildirib.
Hava qüvvələrinin sözçüsü bəzi sərnişinlərin ciddi xəsarət aldığını bildirib. Qəzanın səbəbləri bəlli deyil