Accessibility links

Livanda iki əsgər həlak olub


Livan təhlükəsizlik rəsmiləri deyirlər ki, şimali Tripoli şəhəri yaxınlığındakı qaşqın düşərgəsində yuva salmış İslamçı militantlarla döyüşdə daha 2 əsgər həlak olub. Rəsmilər deyirlər ki, bir əsgər dünən axşam, o birisi isə Nəhr əl Bared düşərgəsində Fatah əl İslam qrupu ilə gərgin döyüşlərdə həyatını itirib. Əsgərlər düşərgə daxilində Əl Qaidanın nəzarət etdiyi son məntəqəyə daxil olarkən döyüşlər başlayıb. Livan ordusu Mayın 20-dən bəri militantları düşərgədən çıxarmağa çalışır. Toqquşmalar indiyədək 200 adamın və ən azı 127 əsgərin həyatına son qoyub.
XS
SM
MD
LG