Dünən ABŞ-ın Yuta ştatında daş kömür mədənində baş verən qəza səbəbi ilişib qalan şaxtaçıların xilasetmə əməliyyatı davam etdirilir. Mədən şirkətinin rəsmisi müxbirlərə bildirib ki, mədən işçilərinin harada olduqları məlumdur, lakin qəzadan sonra onlarla əlaqə saxlamaq mümkün olmayıb. Xilasetmə işçiləri həmin yerin 518 metlrik məsafəsinədək yaxınlaşıblar. Şirkətin sözçüsü əməliyyat üçün əlavə avadanlığın hadisə yerinə gətirildiyini deyib.