Accessibility links

Makedoniyada hökumət binasına hücum edilib


Makedoniyanın paytaxtı Skopyedə naməlum silahlı şəxslər tərəfindən hökumət binası hücuma məruz qalıb. Səhər həyata keçirilən hücum nəticəsində yaralanan olmayıb. Makedoniyanın informasiya agentliyi hökumət nümayəndəsinə istinadən bildirib ki, hücum zamanı Cənubi Afrikada istehsal edilən silahlardan istifadə edilib. Nümayəndə hücumu terror aksiyası kimi qiymətləndirib.

XS
SM
MD
LG