Accessibility links

Türkiyə prezidenti yeni hökumətin təşkil edilməsini istəyir


Türkiyənin baş naziri Rəcəb Teyyib Ərdoğan ölkə prezidentinin ondan yeni hökumətin təşkil edilməsini istədiyini deyib. Bu gün Ankarada çıxış edən cənab Ərdoğan prezident Əhməd Necdet Sezerle görüşündən sonra bu haqda açıqlama verib. Baş nazir yeni hökumətin siyahısının nə zaman hazır olacağı barədə məlumat verməyib.

Qeyd edək ki, Türkiyənin konstitusiyasna əsasən 45 gün ərzində baş nazir kabinetin siyahısını hazırlamalı və parlamentdə etimad səsi əldə etməlidir. Baş nazirin Ədalət və İnkiaşf Partiyası iyul ayının 22-də böyük əksəriyyətlə qələbə əldə edərək, parlamentdə çoxluğu ələ almışdır.

XS
SM
MD
LG