ABŞ Senatı məhkəmə orderi olmadan hökumətə xarici terror şübhəlilərinin telefon danışıqlarına qulaq asmaq hüquqlarını genişləndirən qanun layihəsinə səs verib. 60-28 səs nisbətində təsdiq olunan qanun layihəsi Buş administrasiyasının səlahiyyətlərini 6 ay uzadır. Senat Demokratlarının bu müddəti 4 ayadək azaltmaq cəhdi baş tutmayıb.
Ağ Ev deyir ki, bu qanun kəşfiyyat agentliklərinə dövləti qorumaq üçün lazım olan imkanları verir. Prezident Buşu kəşfiyyat məsələləri üzə direktoru Maykl MkKonellin şəxsən qanunvericilərə müraciət etməsi Demokratları qəzəbləndirib. Senator Ras Faynqold Senatın icraçı qanada istinad etməsini Konqres üçün kədərləndirici hal kimi dəyərləndirib. İndi qanun layihəsi təsdiq olunmaq üçün Nümayəndələr Palatasına göndəriləcək.