Accessibility links

Vaşiqntonda ABŞ və Rusiyanın hərbi ekspertlərinin iştirakı ilə məsləhətləşmələr keçirilir


Görüşdə Amerikanın təklif etdiyi Mərkəzi Avropa ölkələrində raketlərdən müdafiə sisteminin yerləşdirilməsi əvəzinə birgə istifadə üçün müdafiə sistemi yaradılması məsələsi müzakirə edilir. Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin Azərbaycanın Qəbələ RLS-dən birgə istifadə edilməsi təklifi ilə keçən ay ABŞ-a müraciət etmişdi. Amerika prezidenti Corc Buş isə bu təklifin nəzərdən keçiriləcəyini bildirimişdi. Rusiya Çexiya və Polşada yerləşdiriləcək anti-raket sistemini özünün milli təhlükəsizliyinə birbaşa hədə hesab edir. ABŞ isə bu sistemdən Şimali Koreya və İran kimi ölkələrin hücumlarından müdafiə üçün istifadə ediləcəyini bildirir. ABŞ rəsmiləri görüş zamanı Rusiyanın Avropada silahlara nəzarət sazışındən çıxmaq qərarı da gündəmə gətirildiyini deyirlər. Qeyd edək ki, Rusiyanın dekabr ayının ortalarında sazişdən çıxacağını prezident Vladimir Putin bəyan edib. 1990-cı il sazişi NATO və Rusiya qüvvləri tərəfindən ağır silahların Atlantik okeanından Ural dağlarına qədər yerləşdirilməsini qadağan edir. Moskva bu sazişə 1999-cu ildə əlavələr edilməsi məsələsini ratifikasiya etmədiyinə görə NATO üzvlərini kəskin tənqid edir. NATO isə Rusiyanın Gürcüstan və Moldovadakı hərbi qüvvələrini geri çəkməsi öhdəliyinə əməl etməyincə, silahlara nəzarət sazışındə heç bir düzəliş edilməyəcəyini bildirir. ABŞ və Rusiyanın hərbi ekspertlərinin görüşü sabah davam etdiriləcək.

XS
SM
MD
LG