Accessibility links

Prezident Buş Konqresi kəşfiyyat qanununu dəyişməyə çağırır


Prezident Buş Konqresi tezliklə, onun sözlərinə görə, “köhnəlmiş xarici kəşfiyyat haqda qanuna” düzəliş etməyə səsləyib. Cənab Buş deyir ki, Amerika ərazisində terror hücumu təhlükəsinin artıdğı bir vaxtda kəşfiyyatçılara effektiv mübarizə aparmaq üçün müasir qanun lazımdır.

Dünənki həftəlik radio müracitəində cənab Buş Konqresə müraciət edərək FİSA adı ilə tanınan Xarici Kəşfiyyat Toplama Aktını yeniləşdirməyə çağırıb. Prezident deyir ki, o, Konqresin bu dəyişiklikləri yay tətilinə çıxmazdan əvvəl qəbul etməsini istəyir.

Onun sözlərinə görə FİSA-nın başlıca problemi odur ki, qanun 30 il bundan əvvəl yazılıb. Müasir texnoligiyadan istifadə edən terrorçulara qarşı mübarizədə bu sənəd effektiv deyil.
XS
SM
MD
LG