Accessibility links

Britaniya baş naziri ABŞ-dadır


Britaniya baş naziri Qordon Braun bu gün hökumət rəhbəri qismində ilk dəfə olaraq ABŞ-a səfər edir. Cənab Braun ABŞ prezidentinin Kəmp Deviddeki iqamətgahına gələcək və axşamçağı prezident Buşla görüşəcək. Bəzi müşahidəçilər Amerika prezidenti ilə yeni baş nazir arasında münasibətlərin cənab Buş və Bleyer arasındakı sıx əlaqələri əks etdirməyəcəyini deyirlər. Lakin dünən açıqladığı bəyanatda cənab Braunun idarəsi Britaniya və ABŞ arasında mövcud olan möhkəm münasibətlərin vacibliyini vurğulayıb. Liderlər bir sıra məsələlər, o cümlədən Britaniyanın İraqdakı rolunu müzakirə edəcəklər.
XS
SM
MD
LG