Accessibility links

Buş administrasiyası yeni təklif irəli sürür


ABŞ prezidenti Corc Buş konqresi xaricdə terrorizmdə şübhələnilənlərin telefon söhbətlərinin dinlənilməsinə dair qanunun yeniləşdirilməsinə çağırıb. Həftəlik radio müraciəti zamanı prezident deyib ki, 30 yaşı olan xarici kəşfiyyat qanununun dəyişdirilməsinə ehtiyac duyulur. “Buraya cib telefonları və internet kimi yeni kommunikasiya texnologiyaları əlavə edilməlidir”-deyə Corc Buş bildirib. Prezident deyib ki, onun administrasiyasının dəyişiklər barədə bu təklifi məhkəmə sanksiyaları olmadan xaricdəki hədəflər barədə kəşfiyyat məlumatı toplanmasına xidmət edəcək.

XS
SM
MD
LG