Bu günkü söhbətimizin mövzusu Türkiyədə ötən Bazar keçirilən parlament seçkiləri və bu səsvermənin ölkənin gələcək siyasi kursuna və qonşu Azərbaycanla münasibətlərinə təsiridir. İslami köklərə malik Ədalət və İnkişaf Partiyasının qələbəsi həqiqətən də sərt dünyəvi ənənələrə söykənən Türk dövlətinin tarixində ciddi dönüş nöqtəsi ola bilərmi.
Bu günkü proqramımızın qonaqları:
Din və Demokratiya İnstitutunun sədri, dinçi alim Nəriman Qasımoğlu, politoloq Rasim Musabəyli və Avrasiya Strateji Araşdırmalar Mərkəzinin Yaxın Şərq üzrə eksperti Arif Kəskin