Avropalı futbol ulduzu Devid Bekham Los Ancelesin Qalaksi komandası tərkibində debüt çıxışını edib. Çelsi komandası ilə matçın 78-ci dəqiqəsində Bekham əvəzləmə nəticəsində oyuna daxil olub. Şənbə günü oyununu 32 yaşlı yarımmüdafiəçi İngiltərənin Estoniya ilə matçı zamanı topuğunu zədələdiyinə görə skamyada keçirib. 11 gün sonra Real Madridlə oyuna çıxışı zədəni daha da ağırlaşdırıb.
Dolmuş stadionda iştirakçılar hər dəfə topu vuranda Bekhami alqışlayıblar. ESPN telekanalı ilə müsahibəsində ingilis futbolçusu həvəskarların rəğbətindən və Kaliforniya qubernatoru Arnold Şvarseneqqerin oyunu tamaşa etməsindən məmnun qaldığını deyib. Qalaksi ümid edir ki, Bekham Amerikada futbola marağı artıracaq və Amerika komandalarını dünya standardlarına çatdıra biləcək.